Bolqarıstan prezidenti Rumen Radev S-300 kompleksləri üçün nasaz raketlərin Ukrayna ordusuna verilməsi planını tənqid edib.
“Hökumət və parlament Bolqarıstan ordusunun müdafiə imkanlarını qoruyub inkişaf etdirməli, ondan xarici ordu üçün donor kimi istifadə etməməlidir”, – o deyib.
Dövlət başçısı Bolqarıstan Xalq Məclisinin müvafiq komitəsinin Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi üçün nasaz raketlərin verilməsi ilə bağlı qərarını belə şərh edib. Eyni zamanda, Bolqarıstan S-300 üçün nasaz raketlərin şəxsi heyətin həyatı və sağlamlığı üçün risklər olmadan təmir etməyin mümkün olmadığını bəyan edib.
Mənbə: Sabah