image-n1karobka_ads
image-123
image-20190731_gaf_u39_1794-pic_32ratio_900x600-900x600-80503backend

Bolton Ukrayna və NATO ətrafında yaranan ajiotajı şərh edib

image-ad_qayo_720x110px

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq vaxt itkisidir.

Bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı heç vaxt hərbi münaqişə vəziyyətində olan dövləti təşkilata qəbul etməyib. Əks halda, bu, Şimali Atlantika Müqaviləsi 5-ci maddəsində göstərildiyi kimi, bütün NATO üzvlərinin münaqişəyə girməli olması demək olardı.

“Hesab edirəm ki, bütün bunlar böyük vaxt itkisidir və Rusiyaya alyansdakı fikir ayrılıqları barədə siqnaldır”, deyə Bolton bildirib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki