Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında bu yaxınlarda vəzifəsinin icrasına başlayan Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın Kiyevə səfər etdiyini bildirib.
“Böyük Britaniyanın Müdafiə üzrə Dövlət Katibi Qrant Şapps ilə əsaslı görüş [baş tutdu]”, – bəyanatda deyilir.
Ukrayna rəhbərinin ofisi aydınlaşdırıb ki, Zelenski və Şapps bir sıra məsələləri, o cümlədən Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər.
Ukrayna prezidenti həmçinin Böyük Britaniyaya Ukraynaya verdiyi güclü dəstəyə görə təşəkkür edib.
Mənbə: Haber Global