image-2000x150px
image-123
image-ads_atlas
image-7e8ea6f7-4cd1-4c28-9806-b7868e7b83f1backend

Böyük tarixə malik münasibətlər

image-728x90px

Azərbaycanın böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələrini qururması ikitərəfli münasibətlərinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq səviyyədə təqdir edilir, ölkəmizlə əlaqələr yeni istiqamətlər üzrə inkişaf etdirilir. Bu gün mətbuatda geniş müzakirə edilən Azərbaycan-İsrail münasibətləri də böyük tarixə malikdir, münasibətlərin gələcək inkişafı üçün möhkəm baza mövcuddur. Qarşılıqlı səfərlər fonunda möhkəmlənən bu əməkdaşlıq üçün yeni yaranan imkanlar İsrail Prezidenti   İsxak Hersoqun mayın 30-da ölkəmizə rəsmi səfəri zamanı geniş müzakirə edildi. Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində aparılan müzakirələrdən bir daha bu qənaət yarandı ki, Azərbaycanın xarici siyasətində   İsrail ilə əlaqələrin inkişafı mühüm yer tutur. Ötən illər ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirimiz həmin ölkədə rəsmən fəaliyyətə başlayıb. İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Prezidentlərin mətbuata bəyanatlarında dövlət başçısı İlham Əliyev ölkələrimiz arasında ayrı-ayrı sahələrdə mövcud imkanlardan danışdı. İqtisadi əlaqələrin inkişafını təsdiqləyən rəqəmlər qeyd edildi. “Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir” söyləyən  Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsi də müzakirə edildi. Çünki ölkəmiz  investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görür. Ölkələrimiz, eyni zamanda, müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir,  dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı, ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Ümumilikdə İsrail Prezidentinin ölkəmizə səfəri əlaqələrimizin inkişafında yeni səhifə açır. Bu, hər iki dost ölkə üçün faydalıdır.

 

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki