Braziliyada məhkəmə ev dustaqlığında olan keçmiş prezident Jair Bolsonaronun daimi polis nəzarətinə götürülməsinə qərar verib.
Doğru.az xəbər verir ki, RİA Novosti-nin G1 portalına istinadən yaydığı məlumata görə, bu addım Bolsonaro üçün qaçmaq riskinin olması və onun oğlu Eduardonun hərəkətləri ilə əlaqələndirilir.
Məqalədə qeyd olunur ki, Eduardo Bolsonaro hazırda ABŞ-dadır və atasını azad etmək üçün Braziliya hakimiyyətinə təsir göstərməyə çalışır.
Xatırladaq ki, mart ayında Braziliya Ali Məhkəməsi keçmiş prezidentə qarşı çevriliş cəhdi ilə bağlı iş açmışdı. Apreldə Jair Bolsonaro bağırsaq əməliyyatı keçirib, lakin sonradan onun səhhəti pisləşib.
DOĞRU.AZ