Braziliyanın “Folha de São Paulo” qəzetinin məlumatına görə, Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Selso Amorim Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirib.
Amorim Zelenskidən başqa xarici işlər nazirinin müavini Andriy Melnik, eləcə də Ukrayna hökumətinin digər üzvləri ilə görüşüb. O, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı ölkədə olmadığı üçün görməyə macal tapmayıb.
Amorim səfərin “dinc mühitdə” baş tutduğunu bildirib və dialoqun “müsbət, etimadı artıran və sülhlə bağlı məqsədlərimizi aydınlaşdırmaq məqsədi daşıdığını” qeyd edib. O, Braziliya hökumətinin yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi açıqlama verəcəyini nəzərə alaraq, jurnalistlərlə əlavə məlumat paylaşmaq istəmədiyini bildirib.
Mənbə: Politico
Doğru.az