image-n1karobka_ads
image-123
image-screenshot_20250906_191713_gallerybackend

BRİKS liderlərinin görüşü çoxqütblü dünyanın təsdiqi kimi qiymətləndirilir

image-ad_qayo_720x110px

Peru Kommunist Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Arturo Ayala bildirib ki, BRİKS liderlərinin növbədənkənar görüşü çoxqütblülük meylini bir daha təsdiqləyir. Onun sözlərinə görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təşəbbüsü ilə belə bir görüşün keçirilməsi “Amerika hegemonluğunun birqütblü nizamını şübhə altına alan” proseslərin fonunda mühüm əhəmiyyət daşıyır.

Doğru.az xəbər verir ki, Arturo Ayala “Qırmızı Vətən” nəşrinə açıqlamasında bu addımı çoxqütblü dünya nizamının formalaşmasının göstəricisi adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Kreml Braziliyanın təşəbbüsü ilə keçirilən fövqəladə virtual BRİKS sammitinə Rusiya prezidenti Vladimir Putinin də qatılacağını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki