image-n1karobka_ads
image-123
image-686b5b06ae5ac94f9c3a98c0backend

BRİKS sammiti G20 ilə müqayisədə daha mütəşəkkil keçdi

BRİKS sammitində çəkilən rəsmi qrup şəkli G20 sammitindəki xaotik görüntülərlə müqayisədə daha mütəşəkkil və problemsiz baş tutub.

Doğru.az xəbər verir ki, Bloomberg bu fərqi xüsusi vurğulayaraq, BRİKS sammitinin fotosessiyasının gecikmə və anlaşılmazlıq olmadan keçdiyini qeyd edib. Nəşr yazır ki, bu hal G20 sammitindəki vəziyyətlə ziddiyyət təşkil edir.

“ABŞ Prezidenti Co Bayden, İtaliyanın Baş naziri Corca Meloni və Kanada Baş naziri Castin Trüdonun Braziliyada keçirilən G20 toplantısındakı yoxluğu sammitdə hökm sürən xaosun simvolu idi”, – deyə məqalədə bildirilir.

Bloomberg həmçinin qeyd edir ki, BRİKS sammitində iştirak edən nümayəndə heyətlərinin tərkibi və gündəlik mövzular bu birliyi ABŞ-ın rəhbərlik etdiyi qlobal düzənə alternativ kimi göstərir.

Xatırladaq ki, daha əvvəl Qərbin BRİKS təşəbbüslərinə öz hegemonluğuna təhdid kimi yanaşdığı barədə məlumatlar yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki