image-2000x150px
image-123
image-ads_atlas
image-2023-10-19t055205z_1574591874_rc2hv3aqwjn3_rtrmadp_3_israel-palestinians-pic_32ratio_1200x800-1200x800-25275backend

Britaniya Qəzza zolağından olan qaçqınları qəbul etmək üçün doğru zaman olmadığını bildirib

image-728x90px

Britaniyanın nəqliyyat naziri Mark Harper bildirib ki, indi Qəzza zolağından olan qaçqınları qəbul etmək və onlara ölkədə sığınacaq vermək üçün doğru zaman deyil.

Şotlandiya hakimiyyəti Britaniya hökumətini qaçqın proqramı üzərində işləməyə çağırıb. Onlar xəstəxanalarda onlara sığınacaq və tibbi yardım göstərməyə hazır olduqlarını bəyan ediblər.

Bununla belə, Harper Sky News-a bildirib ki, indiki mərhələdə qaçqınların qəbulu vasitəsinə müraciət etməyin düzgün olmadığına inanır. O hesab edir ki, hələlik münaqişə bölgəsinin özündə sakinlərə dəstək vermək lazımdır. Nazir belə nəticəyə gəlib ki, Britaniya öz üzərinə düşəni etməyə davam edəcək.

Məmbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki