Britaniya hökumətinin saytında dərc olunan bəyanatda deyilir ki, Böyük Britaniya Rusiyanın yeni bölgələrində bir sıra dövlət məmurlarına qarşı sanksiyalar tətbiq edib.
Nazirlər Kabinetində deyildiyi kimi, sanksiyalar “Ukraynanı pozmaq və onun ərazi bütövlüyünü təhdid etmək məqsədi ilə” keçən ilki referendumda iştirak etmiş məmurlara qarşı yönəlib.
Belə ki, sanksiyalara Xerson vilayəti hökumətinin başçısı Andrey Alekseenko, Donetsk Xalq Respublikası (DXR) hökuməti sədrinin müavini Vladimir Ejikov və Stavropol diyarı hökumətinin keçmiş sədr müavini İqor Babkin daxil edilib.
Mənbə: Reuters