Britaniyanın TUI aviaşirkətinin təyyarəsi fırtınaya düşüb, sərt eniş edib və hava limanında palçığa ilişib.
Hadisə barədə Daily Mail məlumat yayıb.
Britaniya qəzetinin məlumatına görə, Korfudan uçan təyyarə oktyabrın 20-də Lids-Bradford hava limanına enərkən Babet fırtınası zamanı yaxalanıb. Pilotlar təyyarəni endirməyə müvəffəq olublar, lakin eniş kobud olub və gəmi eniş zolağından çıxıb və orada palçığa ilişib.
Təyyarədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 195 nəfərin olduğu qeyd edilir. Onların heç biri xəsarət almayıb. Sərnişinlərdən birinin sözlərinə görə, fövqəladə xidmətlər onları buraxana qədər insanlar təyyarədə təxminən bir saat qalıb.
Mənbə: A Haber