image-2000x150px
image-123
image-ads_atlas
image-20180127_zaf_f84_014-pic_32ratio_1200x800-1200x800-46790backend

Britaniyalı aktyor Rey Stivenson İtaliyada vəfat edib

image-728x90px

Marvel filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Rey Stivenson İtaliyada çəkilişlər zamanı dünyasını dəyişib.

Bu barədə “La Repubblica” məlumat yayıb.

Mətbuatda yayılan məlumata görə, sənətçi səhhəti pisləşdiyi üçün şənbə günü xəstəxanaya yerləşdirilib. Stivenson mayın 21-də 58 yaşında vəfat edib.

Sənətçi tamaşaçılar tərəfindən ən çox “Roma” serialındakı Titus Pullon, “RRR: Revolution Roars Nearby” filmindəki Qubernator Skott Bakston və Marvelin Thor layihələrindəki Volstaqq rolları ilə yadda qalıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki