image-2000x150px
image-123
image-ads_atlas
image-20220202_zaa_s197_146-pic_32ratio_900x600-900x600-48533backend

Britaniyanın müdafiə naziri onilliyin sonuna qədər qlobal münaqişə təhlükəsi barədə xəbərdarlıq edib

image-728x90px

Onilliyin sonuna qədər dünyada Rusiya və Çinin iştirakı ilə qlobal münaqişə başlaya bilər.

Bu narahatlığı Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, 2030-cu ilə qədər “dünya daha təhlükəli və qeyri-sabit olacaq”. O, xəbərdarlıq edib ki, “soyuq müharibədən sonrakı anomal dövr” tezliklə başa çatacaq.

“Düşünürəm ki, dünyanın müxtəlif yerlərində bir sıra düşmənlərlə qarşıdurma olacaq” deyən o, münaqişənin isti və ya soyuq olacağının hələ bəlli olmadığını qeyd edib. Uolles dəqiqləşdirib ki, Britaniya müdafiəyə hazırlaşmalı və ordunu gücləndirməlidir. O, ölkənin hərbi xərclərini ÜDM-in 2,5%-nə çatdırmaq üçün dəqiq qrafikin yaradılmasına çağırıb.

Böyük Britaniyanın müdafiə naziri dünya üçün əsas təhlükələr arasında Rusiya, Çin və Afrikada ekstremizmin böyüməsini qeyd edib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki