image-2000x150px
image-77e7365e-af72-3a47-bd29-fda8e3ce8d6d_850backend

Bruklin prezidenti Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bəyannamə imzalayıb

image-728x90px

Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür, Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ, Böyük Britaniya və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova, diplomatlar, Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso və ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor fəalları, türk, yəhudi icmalarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin dövlət himinləri səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxışında Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Səfir Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mübarizəsində birlik, həmrəylik nümayiş etdirən diaspor aktivlərinə minnətdarlığını bildirib.

Y. Əliyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Onun sözlərinə görə, dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Səfir Qarabağın dirçəlişindən, Şuşada, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərdən danışıb.

“Azərbaycan tarixin bütün dövürlərində sülhün tərəfdarı olub və bu gündə Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün səylər göstərir”.

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso çıxışında bütün azərbaycanlıları tarixi Zəfər Günü münasibətilə təbrik edib, Nyu-Yorkda yaşayan azərbaycanlıların şəhərin sosial-iqtisadi və mədəni həyatında aktiv rol oynadıqlarını deyib. A.Reynoso Azərbaycanın Zəfər Günü ilə əlaqədar imzaladığı Bəyannaməni Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovaya və Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilə təqdim edib.

Çıxışlarda Azərbaycanın zəfər tarixindən bəhs edilib, tarixin bütün dövürlərində ağır sınaqlardan keçən Azərbaycan xalqının qanı-canı bahasına milli kimliyini, varlığını qoruyub saxladığı,vətənin hüdudlarından kənarda belə birlik nümayiş etdirdiyi deyilib.

Tədbir konsert proqramı ilə davam edib. Musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub, rəqqasların ifasında rəqslərimiz nümayiş olunub. Tədbir çərçivəsində Nyu-Yorkda fəaliyyət göstərən “My way” (Mənim yolum) uşaq və gənclərin inkişaf mərkəzinin tələbələrinin ərsəyə gətirdiyi rəsm sərgisi nümayiş olunub.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki