image-2000x150px
image-123
image-ads_atlas
image-1527844507backend

Bu gün axşam saatlarından… – Əhaliyə xəbərdarlıq edildi

image-728x90px

Bu gün gecədən etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Bakıda və Abşeron yarımadasında yağış yağacaq, dağlıq ərazilərdə leysan xarakterli olacağı, hətta, qar yağacağı proqnozlaşdırılıb.

Doğru.az xəbər verir ki, bu gün gecədən etibarən hava kəskin dəyişəcək. Yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq. Bakıda gecə 12-14°, gündüz 19-21°, Abşeron yarımadasında gecə 12-14°, gündüz 19-21° isti olacaq.

Bölgələrdə də ayın 7-nə kimi qeyri-sabit hava şəraiti hökm sürəcək.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Aidiyyatı qurum sürücüləri sürət həddini minimuma endirməyə, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinməyə çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki