image-2000x150px
image-1643365203_1643363831_photo_499898backend

Bu gün Azərbaycanda yeni televiziya kanalı açılır

image-728x90px
Azərbaycanda “Kanal S” adlı regional televiziya kanalı ümumrespublika yayımına başlayır. 
Doğru.Az xəbər verir ki, Şəkidə faəliyyət göstərən “Kanal S” telekanalı bu gün ümumrespublika yayımına start verir.
Telekanal saat 15:00-dan etibarən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Şimal-qərb bölgəsini əhatə edən “Kanal–S” Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. 19 sentyabr 2016-cı il tarixindən etibarən “Kanal-S” olan telekanalın adı dəyişdirilərək “ARB Şəki” olmuşdur. 8 yanvar 2022-ci il tarixindən etibarən “ARB Şəki” olan telekanalın adı dəyişdirilərək yenidən “Kanal-S” olmuşdur.
(azxeber)
image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki