image-ads_n1karobka_mobile
image-69efee50ae5ac9632d49c66cbackend

Bu ölkədə təyyarə qəzası: 14 nəfər həlak olub

Cənubi Sudan ərazisində Cessna tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 14 nəfər həyatını itirib.

Doğru.az xəbər verir ki, bu barədə Keniyanın The EastAfrican nəşri Cənubi Sudan Mülki Aviasiya İdarəsi-nə istinadən məlumat yayıb.

İlkin məlumata görə, faciəyə pis hava şəraiti və zəif görünürlük səbəb olub.

Xatırladaq ki, martın əvvəlində ABŞ-ın Arizona ştatının Feniks şəhərində də Piper PA-28 yüngül təyyarəsi yaşayış binalarına çırpılmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki