image-n1karobka_ads
image-123
image-1544582backend

Bu rayonda nə başçı var, nə müavin – FOTO

image-add-a-heading

Bakının Nəsimi rayonunda icra hakimiyyətinin başçısı və başçının müavini vəzifələri vakantdır.

Metbuat.az-ın məlumatına görə, ötən il noyabrın 12-də prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimov 47 gün sonra – 2025-ci il dekabrın 29-da tutduğu vəzifədən azad olunub.

Fotoda: Elxan İbrahimov

Qeyd edək ki, icra başçısının müavini Ramiz Quliyev isə bu sərəncamdan iki gün əvvəl postu ilə vidalaşıb. O, Elxan İbrahimovun ötən il dekabrın 27-də imzaladığı müvafiq əmrlə işdən çıxarılıb.

Fotoda: Ramiz Quliyev

 

Mətbuatda sabiq icra başçısı Elxan İbrahimovun rayon ərazisində fəaliyyət göstərən iş adamlarından külli miqdarda rüşvət tələb etdiyi üçün postundan uzaqlaşdırıldığına dair iddialar yer alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki