image-n1karobka_ads
image-123
Bu yerlər Azərbaycanın nəzarətinə keçdibackend

Bu yerlər Azərbaycanın nəzarətinə keçdi

Doğru.az xəbər verir ki, Zəngəzurun Xinzirək (Nerkin Xndzoresk) kəndi istiqamətində bəzi kəndlər Azərbaycanın nəzarətinə keçib.

Bu barədə erməni KİV-i məlumat yayıb. Kənd icma rəhbəri Yervand Maluntsun sözlərinə görə, fevralın 4-də Ermənistan silahlı bölmələri bəzi mövqelərdən geri çəkiliblər və həmin mövqelərə azərbaycanlılar gəlib.

Malunts bildirib ki, hazırda kənd evləri ilə Azərbaycan hərbçilərinin mövqeləri arasındakı məsafə cəmi bir neçə yüz metrdir.

Xatırladaq ki, Xinzirək işğaldan azad edilən Qubadlı rayonu ilə sərhəddə yerləşir. Bundan əvvəl sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində Zəngəzurun Şurnuxu kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki