Amerikanın Nevada ştatının Qara Rok səhrasında keçirilən Burning Man musiqi festivalında insident baş verib.
Doğru.az xəbər verir ki, New York Post qəzetinin məlumatına görə, kişinin cəsədi qan gölündə tapılıb. Pershing County Şerif Ofisi hadisəni qətl kimi araşdırdıqlarını təsdiqləyib.
Məlumata görə, polis hadisə yerinə girişə məhdudiyyət qoyub və potensial şahidləri dindirməyə başlayıb.
Xatırladaq ki, 2023-cü ildə də ABŞ-da Burning Man festivalında bir şəxsin ölümü ilə bağlı araşdırma aparılmışdı.
DOĞRU.AZ