Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyası iclasları üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İllik Koordinasiya Toplantısında etdiyi çıxışında deyib.
Müsəlman dünyası həmrəylik içində hərəkət etdikdə mühüm nəticələrin əldə oluna biləcəyini bildirən Çavuşoğlu söyləyib ki, BMT Baş Assambleyasının martın 15-ni “Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü” kimi qeyd etməsi bunun mühüm nümunəsidir:
“Əziz qardaşlarım, Quranda “Möminlər sizin qardaşlarınızdır və qardaşlarımızla sülh içində olun” – deyir. Müsəlmanlar arasında qardaşlığı siyasətdən üstün tutmalıyıq. Səsimiz ancaq bütün ümməti narahat edən məsələlərdə birgə hərəkət etdiyimiz halda eşidilə bilər”.
Türkiyənin fələstinli qardaşlarına konkret dəstəyi olduğunu bildirən Çavuşoğlu bildirib ki, müstəqil və suveren bir dövlət olan Fələstini, eləcə də paytaxtı Qüdsü müdafiə etmək bizim borcumuzdur:
“Kipr türklərinin haqsız təcrid və embarqo ilə üzləşdiyini vurğulayan xarici işlər naziri “Biz İƏT-ə üzv dövlətlərin Kıbrıs türkləri ilə bir yerdə olmasını gözləyirik. Yunanıstandakı müsəlman türk azlığı da əsas hüquq və azadlıqlarından məhrumdur. Müftilər müəyyən edilməyib, onlara etnik kimliyindən, muxtariyyətindən təhsildə istifadə etmək icazəsi verilmir. Biz istəyirik ki, qardaşlarımız onlarla həmrəylik nümayiş etdirsinlər.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının dərc etdiyi son hesabat Çinin Sincan-Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı törədilən insan haqları pozuntularını açıq şəkildə ortaya qoyur”.
DOĞRU.AZ