image-2000x150px
image-123
image-ads_atlas
image-17113738015885411823_1200x630backend

Cəlilabad rayon sakini itkin düşüb

image-728x90px

Cəlilabad rayon Ləzran kənd sakini itkin düşüb.

Daxili İşlər Nazirliyindən “Doğru.az“a bildirilib ki, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ş.Kərimovanın əlamətləri: boyu 152 santimetr, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) məlumat vermələri xahiş olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki