image-2000x150px
image-123
image-ads_atlas
image-upload-shutterstock_1482094163-pic_32ratio_1200x800-1200x800-56811backend

Cənubi Koreya lideri: Keçmiş problemlər Seul-Tokio münasibətlərinin gələcəyinə mane olmamalıdır

image-728x90px

TASS xəbər verir ki, Koreya Respublikasının Prezidenti Yun Sok-yeol Seulda Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqların əvvəlində bildirib ki, keçmişin problemləri Koreya Respublikası ilə Yaponiya arasında münasibətlərin inkişafını dayandırmamalıdır.

“Düşünürəm ki, keçmişdəki problemlər həll olunmayana qədər iki ölkənin gələcək əməkdaşlıq naminə bir addım da ata bilməyəcəyi anlayışından uzaqlaşmalıyıq”, – deyə o bildirib.

Prezident yüksək səviyyəli mübadilələrin qaytarılmasını alqışladı: Yaponiyanın Baş naziri 12 ildə ilk dəfə Seula rəsmi səfərə gəldi.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki