Fevralın 14-də Cənubi Koreya Ukraynanın İdarələrarası Donor Koordinasiya Platformasına qoşulub.
TASS bu barədə Cənubi Koreya prezidentinin administrasiyasına istinadən xəbər verir.
Seul qeyd edib ki, platforma 2023-cü ilin yanvarında yaradılmış məsləhət orqanıdır və Ukrayna iqtisadiyyatının bərpasına yardım etmək və G7 ölkələrinin rəhbərliyi altında işləmək məqsədi daşıyır. Platformada Avropa Komissiyası, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da iştirak edir.
Cənubi Koreya hakimiyyəti ölkənin platformaya qoşulması ilə Cənubi Koreya şirkətlərinin Ukrayna iqtisadiyyatının bərpası layihələrində iştirakını genişləndirəcəyini gözləyir. Xüsusilə, Seul Kiyevə ən böyük maliyyə yardımı göstərən donor dövlətlərin məsləhətləşmələrində iştirak edə biləcək.