image-2000x150px
image-123
image-ads_atlas
image-ap23269339980711-pic_32ratio_900x600-900x600-70428backend

Cənubi Koreyada son 10 ildə ilk hərbi parad keçirilir

image-728x90px

Seulda keçirilən paradda 3,7 mindən çox hərbi qulluqçu və 170-dən çox texnika iştirak edib, tədbir 10 ildə ilk dəfə təşkil olunub.

Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

“Bu, 2013-cü ildən bəri ilk belə paraddır və Seulun hərbi potensialını gücləndirdiyi bir vaxtda – Pxenyanın nüvə və digər kütləvi qırğın silahları üçün texnologiyaları inkişaf etdirməyə davam edən cəhdləri fonunda keçirilir”, – agentlik vurğulayır. .

Parad Cənubi Koreya Silahlı Qüvvələri Gününə təsadüf edib. Yürüş zamanı K2 tankları və PUA-lar nümayiş etdirilib.

Paradda Cənubi Koreya prezidenti Yun Seok-yeol, müdafiə naziri Li Çen Seop, eləcə də komandanlığın nümayəndələri iştirak ediblər.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki