image-n1karobka_ads
image-123
image-fbxwj3lllsuf15omjzb4b0b2opd1nmpg2jj9zha8_640backend

Cevdet Yılmaz və Hikmət Hacıyev ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkə hesabında bildirib.

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, – C.Yılmaz qeyd edib.

Görüş zamanı regional və qlobal məsələlər, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki