image-n1karobka_ads
image-123
image-20180510_zaa_p133_098-pic905-895x505-49312backend

Çexiya Kaxovka su elektrik stansiyasının partlamasından sonra Ukraynaya yardım vəd edib

image-ad_qayo_720x110px

Çexiya hakimiyyəti Kaxovka SES-in dağıdılması fonunda Ukraynaya yardım göndərməyə hazırlaşır, idnes.cz xəbər verir.

Çexiyanın baş naziri Petr Fialanın sözlərinə görə, müvafiq dəstək ölkənin hərbi idarəsi vasitəsilə göndəriləcək.

“Müdafiə Nazirliyi Ukraynanı bu fəlakətlə bağlı problemlərin həlli üçün vacib olan bəzi şeylərlə təmin edəcək”, – Çexiyanın baş naziri deyib.

Qeyd edildiyi kimi, bununla paralel olaraq Çexiya Xarici İşlər Nazirliyi Kiyevə yardım üçün təxminən 10 milyon kron (təxminən 452 min dollar) ayrılmasını təsdiqləyib. idnes.cz saytının məlumatına görə, Çexiya dəstəyi içməli su, eləcə də su nasosu avadanlıqlarının göndərilməsindən ibarət olacaq.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki