Çexiya Ordusunun Baş Qərargah rəisi Karel Rjeka Ukraynada uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb. Onun nöqteyi-nəzərindən tərəflər yaxın gələcəkdə öz məqsədlərinə nail ola bilməyəcəklər.
Rjeka bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.
“Ümumiyyətlə, hesab edirəm ki, hazırda heç bir tərəf yaxın gələcəkdə qarşıya qoyduğu son hədəflərə çatmaq iqtidarında deyil. Bu, bir neçə həftə davam etməyəcək, yəqin ki, uzun müddət davam edəcək”, – Rzeka bildirib.
O, Qərbi Kiyevi “uzun müddət” dəstəkləməyə hazır olmağa çağırıb.
Mənbə: Haber Global