image-ads_n1karobka_mobile
image-68b60eac02e8bd5d17729b4fbackend

Çexiyanın keçmiş baş naziri Babiş hücumdan sonra iş qrafikini ləğv edib

Çexiyanın keçmiş baş naziri Andrey Babiş mitinq zamanı hücuma məruz qaldıqdan sonra həkimlərin tövsiyəsi ilə iş qrafikini dayandırıb.

Doğru.az xəbər verir ki, bu barədə Babiş X sosial şəbəkəsində məlumat yayıb. O qeyd edib: “Həkimlər mənə istirahət etməyi tövsiyə ediblər. Ona görə də, təəssüf ki, sabahkı proqramımı ləğv etməli olacağam”.

Əvvəlki məlumatlara görə, siyasətçiyə metal əşya ilə zərbələr endirilib. Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, hücum zamanı Babişdən başqa bir qadının da köməyə ehtiyacı olub.

Qeyd edək ki, hadisə barədə daha əvvəl ÇTK xəbər agentliyi məlumat yaymışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki