image-2000x150px
image-123
image-ads_atlas
image-17181219785435831350_1200x630backend

Ceyhun Bayramov Bolqarıstanın Baş naziri ilə görüşüb – FOTO

image-728x90px

İyunun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Berlində Ukrayna Bərpa Konfransı çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri və xarici işlər naziri Dimitar Qlavçevlə görüşüb.

XİN-dən Doğru.az-a bildirilib ki, görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə əhəmiyyət verdiklərini, tərəfdaşlığın müxtəlif istiqamətlər, xüsusilə də energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, infrastruktur, innovasiyalar və qarşılıqlı investisiyalar sahələrində daha da gücləndirilməsi üçün səyləri artıracaqlarını vurğulayıblar.

Cənub Qaz Dəhlizindən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru vasitəsilə Bolqarıstana ötürülməsinin, yaşıl enerji daxil olmaqla energetika sahəsində artan əməkdaşlığın, “Həmrəylik Halqası” çərçivəsində birgə səylərin münasibətlərə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Bolqarıstan arasında siyasi məsləhətləşmələrin daimi siyasi dialoqun saxlanılması baxımından vacib olduğunu vurğulayıb.

Nazir, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Görüşdə tərəflər iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsinin yeni perspektivli əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-17181219784696827315_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki