Doğru.az xəbər verir ki, “İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasio və karabiner bir əsgərin BMT konvoyuna edilən qorxunc hücum nəticəsində öldürülməsindən dərindən kədərləndim”.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.
Nazir vurğulayıb ki, “Həlak olanların ailələrinə və dost İtaliya xalqına başsağlığı veririk”

























