image-2000x150px
image-123
image-ads_atlas
image-1717606470457075695_1200x630backend

Ceyhun Bayramov estoniyalı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

image-728x90px

İyunun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Doğru.az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri, regiondakı proseslər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə mövzusu olub.

Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi çərçivəsində görüşlərin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Sülh prosesində bir sıra həlli tələb olunan məsələlərlə yanaşı, ümumilikdə real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Nazir delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını və sərhədin bir qisminin delimitasiyasını ehtiva edən son razılığın əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlıq üçün əlavə imkanlar yarandığı bildirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki