image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-04-25t201438-225backend

Ceyhun Bayramov İqor Xovayevi qəbul edib – FOTO

image-728x90px

25 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin işlənib hazırlanması, bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud olan vəziyyəti müzakirə ediblər.

Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.

Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiya Federasiyasının qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki