image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

Ceyhun Bayramov: “Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq”

image-728x90px

“Türkiyədə baş verən zəlzələ çox ağır təbii fəlakətdir. Təəssüf ki, zəlzələdə 20 mindən çox adam həlak olub. Türkiyə dövlətinə və Azərbaycan xalqına başsağlığı verirəm”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu imtahandan qüdrətli türk dövləti alnıaçıq, üzüağ çıxacaq:

“Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq. Hazırda mümkün olan insan canı qurtarmaqdır. Nə xoşbəxt ki, bizim xilasedicilərimiz 50-yə yaxın şəxsi xilas ediblər. Bakı və Naxçıvanda yerləşən xəstəxanalarda xüsusi çarpayılar ayrılıb. Nə qədər ehtiyac varsa, biz xəstə qəbul etməyə hazırıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki