image-2000x150px
image-1087411backend

Ceyhun Bayramov Qazaxıstandadır

image-728x90px

25 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

Bu barədə  Xarici İşlər Nazirliyi  məlumat verib .Bildirilib ki, 27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ