image-2000x150px
image-123
image-ads_atlas
image-tag_6761-1backend

Ceyhun Bayramovla ATƏT nümayəndəsi media azadlığını müzakirə etdilər

image-728x90px

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib.

Nazir qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan işlər, qurbanları arasında jurnalistlərin də olduğu mina təhlükəsi və minaların təmizlənməsi işləri, habelə bölgədə etimadın quruculuğu sahəsində medianın rolu barədə məlumat verib.

Teresa Ribeiro media azadlığının sülh və təhlükəsizliyin əsas elementi olduğunu qeyd edib.

O, etimad quruculuğu tədbirləri çərçivəsində media nümayəndələrinin rolunu vurğulayıb və bu xüsusda ATƏT-in müvafiq dəstəyi göstərə biləcəyini bildirib.

Görüşdə tərəflər arasında dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki