image-n1karobka_ads
image-123
image-cihangir-isbilirbackend

Cihangir İşbilir: “Ailə dəyərlərini qorumaq üçün birgə səy göstərməliyik”

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir mayın 22-də Bakıda keçiriləcək “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktik konfransla bağlı Doğru.az-a açıqlamasında ailə dəyərlərinin qorunmasının vacibliyindən danışıb.

O bildirib ki, bu il Türkiyədə “Ailə ili” elan edilib və bunun səbəblərindən biri dünyada sosial medianın genişlənməsi ilə əlaqədar ailə dəyərlərinin zərər görməsidir. İşbilir vurğulayıb ki, ailə cəmiyyətin, toplumun özəyidir və onu qorumaq üçün millət olaraq səfərbər olmaq vacibdir.

“Mən düşünürəm ki, ailə dəyərlərini qorumaq üçün hər birimiz əl-ələ verməliyik. Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün, eləcə də bütün Türk dünyası üçün ailənin böyük önəmi var,” – deyə mətbuat müşaviri qeyd edib.

O, Bakıda keçiriləcək konfransın təşkilini yüksək qiymətləndirərək tədbirin məqsədinin müasir dövrdə ailə dəyərlərinə diqqət çəkmək olduğunu söyləyib. Cihangir İşbilir əlavə edib ki, ailə dəyərlərini qorumaq və yaşatmaq üçün bütün məcralarda birgə səylər göstərilməlidir.

“Ən böyük zənginliyimiz olan ailə dəyərlərini qorumaq üçün əlimizdən gələni etməliyik,” – deyə o vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki