image-2000x150px
image-123
image-ads_atlas
image-ap_20078244180912-pic905-895x505-42400backend

Çin Afrika İttifaqının G20-yə qoşulmasını dəstəkləyiB

image-728x90px

Çin hökuməti Afrika İttifaqının (AU) G20 (G20) üzvlüyünə qəbulunu dəstəkləyir. 

Bunu jurnalistlərə brifinqdə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.

Diplomat qeyd edib ki, Pekin Aİ-nin G20-yə qoşulması təşəbbüsünü ilk təsdiqləyən ölkə olub. Onun sözlərinə görə, hələ avqust ayında Çin prezidenti Si Cinpin Afrika liderlərinə G20-yə qoşulmaq istəklərini dəstəkləməyə söz vermişdi.

Mao Ning, “Çin qlobal idarəçilikdə daha böyük rol oynamasında Afrika İttifaqını dəstəkləyir” dedi.

O əlavə edib ki, Pekin Afrika ölkələrini beynəlxalq məsələlərin həllində mühüm tərəfdaşlar kimi görür. Xüsusilə, dövlətlər ortaq taleyi olan Çin-Afrika icması qurmaq üçün birlikdə çalışır və qlobal arenada ədalət prinsipini qorumaq üçün addımlar atır.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki