Çinin Nüvə Təhlükəsizliyinə Nəzarət Agentliyi ölkənin ilk torium reaktorunun istismarına icazə verib.
Bu barədə “South China Morning Post” məlumat yayıb.
Qeyd olunur ki, ərimiş torium duzu üzərində işləyən iki meqavatlıq atom elektrik stansiyasının reaktoru Qobi səhrasının ərazisində – Qansu əyalətinin Vuvey şəhərində yerləşir. Reaktor Çin Elmlər Akademiyasının Şanxay Tətbiqi Fizika İnstitutu tərəfindən idarə olunur.
ÇXR hakimiyyəti tərəfindən iyunun 7-də verilən icazə Şanxay İnstitutuna reaktoru 10 il müddətinə işlətməyə icazə verir. SCMP-nin hesablamalarına görə, Çinin torium ehtiyatları ölkəni 20.000 il elektrik və istilik enerjisi ilə təmin etməyə kifayət edəcək.
Səhrada obyekt tikmək qərarı torium reaktorlarının əsas xüsusiyyəti ilə bağlıdır – soyutma üçün suya ehtiyac yoxdur. Soyuducu maye – ərimiş duzlar – həm yanacaq reaktor zonasına çatdırılır, həm də işlənmiş yanacağı nüvədən çıxarır.
Mənbə: Haber Global

























