Çin Sahil Mühafizəsi Vyetnam, Bruney, Malayziya, Filippin və Tayvan sularının iddia etdiyi mübahisəli Parasel adalarında patrul etməyə başlayıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, Çin sahil mühafizəsi ilk dəfə olaraq Xişa adaları yaxınlığındakı ərazidə patrul edir.
“İyunun 8-də saat 16.50-də (Moskva vaxtı ilə 11.50) Sahil Mühafizəsi 03 rəsmi olaraq Haynan və Xişa adalarının sularında patrul fəaliyyətinə başlayıb”, – mesajda deyilir.
Qeyd olunur ki, tədbir bir ay müddətinə nəzərdə tutulub. Uçuşların məsafəsi 1670 km olacaq.
Mənbə: Sputnik

























