image-n1karobka_ads
image-123
image-upload-2021-09-09t030752z_1030423870_rc23mp9z3rji_rtrmadp_3_northkorea-parade-pic_32ratio_900x600-900x600-44491backend

Çin nümayəndə heyəti Şimali Koreyaya səfər edəcək

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsindən bildirilib ki, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Li Honçjonun başçılıq etdiyi partiya-hökumət nümayəndə heyəti Koreyada hərbi əməliyyatların başa çatmasının 70-ci ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün iyulun 26-dan Şimali Koreyaya səfər edəcək.

Bu barədə TASS məlumat yayıb.

Onlar vurğulayıblar ki, nümayəndə heyəti Koreya Fəhlə Partiyasının dəvəti ilə KXDR-ə səfər edəcək.

Bundan əvvəl məlum olub ki, G7 ölkələri Aİ və daha üç dövlətlə birlikdə KXDR-in Çin ərazi sularından istifadə edərək Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarından yayınmasının qarşısını almaq xahişi ilə Çin rəhbərliyinə müraciət etməyi planlaşdırır.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki