image-n1karobka_ads
image-123
image-68b9724d02e8bd738d66367cbackend

Çin rəsmisi Kaja Kallasın Pekin bəyanatını tənqid etdi

image-ad_qayo_720x110px

Pekin görüşündə yan-yana dayanan Rusiya, Çin, İran və Şimali Koreya liderləri Vladimir Putin, Si Cinpin, Məsud Pezeşkian və Kim Çen In ilə bağlı Brüsseldəki bəyanata Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiak sərt reaksiya göstərib.

Quo Jiak brifinqdə bildirib ki, Kaja Kallasın şərhləri ideoloji qərəzlikdən doğur və əsas tarixi biliklərə əsaslanmır. “Onlar açıq şəkildə qarşıdurma və antaqonizmi qızışdırırlar”, – deyə Çin rəsmisi vurğulayıb.

Doğru.az xəbər verir ki, bundan əvvəl Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fedorov RT-yə müsahibəsində Kallasın Pekində keçirilən ŞƏT liderlərinin görüşünə həyəcanlı reaksiyasını izah edib.

Qeyd edək ki, bir gün əvvəl Brüsseldə mətbuat konfransı zamanı Kallas Pekində Putin, Si Cinpin, Pezeşkian və Kim Çen Inın yan-yana dayanmasına diqqət çəkərək, bunu beynəlxalq dünya nizamına meydan oxumaq kimi qiymətləndirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki