Almaniyanın xarici işlər naziri Annalena Barbokun Çin prezidenti Si Cinpini “diktator” adlandırdığı bəyanatı səbəbilə Çin Xarici İşlər Nazirliyi Almaniya səfiri Patrisiya Floru çağırıb.
“Spiegel” bu barədə Almaniya diplomatik xidmətinin adı açıqlanmayan nümayəndəsinə istinadən yazır.
“Almaniyanın Pekindəki səfiri Patrisiya Flor bazar günü Çin Xarici İşlər Nazirliyinə çağırılıb”, – nəşrə aydınlıq gətirib.
Nəşrin siyasi analitikləri xatırladıblar ki, Burbok Amerika televiziya kanalı Fox News-a müsahibə verib və Si Cinpini “bu dünyanın diktatorları” sırasına daxil edib.
Mənbə: Haber Global