image-2000x150px
image-123
image-ads_atlas
image-ap23040307650410-pic_32ratio_900x600-900x600-60147backend

Çin Xarici İşlər Nazirliyi bildirir ki, NATO-nun şərqə doğru irəliləməsi regionda sülh və sabitliyi pozacaq

image-728x90px

Çin NATO-nun “şərqə doğru genişlənməsi” qarşısında “yüksək sayıqlığa” çağırıb. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq NATO-nun Yaponiyada ofis açmaq niyyətini şərh edərkən bildirib ki, bu cür hərəkətlər regionda sabitliyi pozacaq.

Bu barədə “Reuters” məlumat yayıb.

“NATO-nun Asiya-Sakit Okean regionunda daim şərqə doğru genişlənməsi, regional işlərə müdaxilə, regional sülh və sabitliyi pozmaq cəhdləri, blokların qarşıdurması istəyi region ölkələrindən sayıqlığın artırılmasını tələb edir”, – deyə o, brifinq zamanı bildirib. .

Mao Ning həmçinin qeyd edib ki, Asiya “geosiyasi döyüşlərə səhnə olmamalıdır”.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki