image-n1karobka_ads
image-123
image-1752391958_whatsapp-image-2025-07-13-at-11-31-44backend

Çin: Yaponiya sərhədlərdə aktiv kəşfiyyatla risk yaradır

image-ad_qayo_720x110px

Çin Müdafiə Nazirliyinin sözçüsü Jiang Bin Yaponiya ordusunun Çin sərhədləri yaxınlığında apardığı kəşfiyyat fəaliyyətinin hava və dəniz təhlükəsizliyi üçün risk yaratdığını bildirib.

Doğru.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun portalında yayılan məlumata görə, Yaponiya gəmiləri və təyyarələri ölkənin sərhədləri yaxınlığında kəşfiyyat aparmaqla təhlükəsizlik üçün risk mənbəyi yaradır.

Son vaxtlar Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin kəşfiyyat təyyarələrinin Şərqi Çin dənizində Çinin hava hücumundan müdafiə identifikasiya zonasına dəfələrlə daxil olduğu vurğulanıb.

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ümid etdiyini bildirib ki, Yaponiya tərəfi ikitərəfli münasibətlərin sabit inkişafı üçün daha münasib atmosfer yaratmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Financial Times qəzeti yazmışdı ki, Pentaqon Çinlə mümkün müharibə zamanı Yaponiya və Avstraliyadan dəstək və aydın mövqe gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki