image-2000x150px
image-123
image-ads_atlas
image-2023-02-20t095425z_1654845746_rc2xez9zwwhj_rtrmadp_3_hungary-politics-pic_32ratio_900x600-900x600-78726backend

Çinin xarici işlər naziri britaniyalı həmkarını qlobal problemləri həll etmək üçün birləşməyə çağırıb

image-728x90px

Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi ASEAN tədbirləri çərçivəsində britaniyalı həmkarı Ceyms Kleverli ilə görüşüb və bildirib ki, iki ölkə qlobal çağırışların öhdəsindən gəlmək üçün qüvvələri birləşdirməlidir.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Çin və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi dünyada sülhün və sabitliyin qorunmasında ümumi məsuliyyət daşıyırlar, tərəflər böyük dövlətlər kimi öz məsuliyyətlərini nümayiş etdirməli və qlobal çağırışların öhdəsindən gəlmək üçün qüvvələrini birləşdirməlidirlər”, – çinli diplomat bildirib. .

O bildirib ki, Çin Britaniya tərəfi ilə strateji əməkdaşlığı davam etdirməyə və qarşılıqlı etimad yaratmağa hazırdır.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki