image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_2283575959-pic_32ratio_900x600-900x600-4947backend

Çinli casus minlərlə Britaniya rəsmisinin məlumatlarını əldə edib

image-728x90px

“Times”in eksklüziv araşdırmasına görə, Çin kəşfiyyatının məmuru beş il ərzində “LinkedIn” sosial şəbəkəsində saxta profillərdən istifadə edərək Britaniya məmurlarından pul və ya digər gəlirli təkliflər müqabilində məxfi məlumatları qoparıb.

Nəşr qeyd edir ki, Robin Zhang təxəllüsü ilə tanınan bu çinli casus Qərb təhlükəsizlik xidmətlərinə görə “son nəsildə Britaniya maraqlarına qarşı ən uğurlu casusdur”.

Nəşrin məlumatına görə, Zhang özünü müxtəlif şirkətlərin işçisi kimi təqdim etdiyi saxta hesablardan istifadə edərək ən azı beş ildir ki, sənaye miqyasında məlumat toplayır. O, siyasət, müdafiə, elm və texnologiya sahələrində çalışan Britaniya və Qərb rəsmiləri ilə əlaqə saxlayıb və məlumatların ötürülməsi üçün onlara 10 min ABŞ dolları məbləğində pul təklif edib. Bəzi hallarda o, Çinə tam ödənişli səfərlər və gəlirli konfranslarda iştirak etməyi də təklif edirdi.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki