image-2000x150px
image-123
image-ads_atlas
image-y7qyz_57rjqg2oof8y_n558euhkpjchrbackend

ÇL: “Neftçi” “Dinamo”ya qarşı

image-728x90px

Bu gün Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxacaq.

Doğru.az Sport24.aza istinadən xəbər verir ki, paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə qarşılaşacaq.

Bu komandalar arasındakı ilk matç Tiflisdə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

7 illik fasilədən sonra, tarixində 7-ci dəfə Çempionlar Liqasına qatılacaq “Neftçi” qayıdışını 7-ci ayın 7-ci günündə reallaşdıracaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
7 iyul

20:00. Dinamo (Tiflis) – Neftçi – 0:0 (1-ci hissə)
Baş hakim: David Fuksman (İsrail).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”.

“Dinamo”: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (k), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani.

Baş məşqçi: Kaxaber Tsxadadze

“Neftçi”: 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suareş, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane

Baş məşqçi: Samir Abasov

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki