“Piknik” qrupunun konserti zamanı “Crocus City Hall”da asayişi təmin edən iki polis əməkdaşının terror aktı anında silahlarının olmadığı məlum olub.
Doğru.az xəbər verir ki, TASS-ın iş materiallarına istinadən yaydığı məlumata görə, komandirin şifahi göstərişi ilə onlar xidməti silahlarını silah anbarına təhvil veriblər.
Sənədlərdə həmçinin bildirilir ki, terror aktını törədənlərin avtomobilini təqib edən yol polisi əməkdaşlarından biri düzgün qərar verərək, qaçan terrorçular meşəyə girdikdən sonra açıq rəngli şalvar geyinmiş şəxsi daha asan fərqləndirə biləcəyini düşünüb və onu təqib etməyə başlayıb.
DOĞRU.AZ