Dağıstanda Mahaçqala şəhərindəki “Etaji” ticarət mərkəzində atəş açan şəxs iki ay müddətinə həbs edilib.
Doğru.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının ümumi yurisdiksiya məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir: “Məhkəmə həmin şəxs barəsində 2025-ci il oktyabrın 29-u daxil olmaqla, iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.”
Hadisə avqustun 29-da baş verib.
Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva bildirib ki, münaqişənin səbəbi başqa şəxsin atəş açan şəxsin həyat yoldaşına baxması olub.
DOĞRU.AZ